Gədəbəydə 62 yaşlı kişi silahla evində öldürüldü

15.09.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində öldüyü müəyyən edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью