Gədəbəydə ağır QƏZA Sürücü xəstəxanalıq oldu

23.08.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Gədəbəydə sürücünün idarəetməni itirməsi ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə Şəmkir-Daşkəsən yolunda baş verib.
2003-cü il təvəllüdlü İ.Məmmədov, özünə məxsus "NİVA" markalı minik avtomobillə hərəkətdə olarkən maşın qəfil idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Qəza zamanı 23 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью