Icma.az bildirir, Ayna portalına istinadən.
Xəsarət alanlar var
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol üzərində olan körpüdən aşaraq dərəyə düşüb.
Qəza zamanı 5 nəfər - 2004-cü il təvəllüdü E.Fətəliyev, 2006-ci il təvəllüdlü R.Məmmədov, 2008-cu il təvəllüdlü Z.Nuriyev, 2006-cı il təvəllüdü M.Nuruzadə və 2007-ci il təvəllüdlü M.Məmmədov xəsarət alıb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.