Gədəbəydə çörək sexində zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

19.02.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Gədəbəydə çörək sexində dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, dəm qazından zəhərlənənlər ambulator müalicə üçün evə buraxılıblar:

"Fevralın 18-i saat 13:00-da dəm qazından zəhərlənmə səbəbilə 3 nəfər (qadın cinsli) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1972, 1978 və 1986-cı il təvəllüdlü şəxslər zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью