Gədəbəydə dağlıq ərazidə yanğın olub VİDEO

02.09.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barəıdə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью