Gədəbəydə dəhşət: qayın gəlinin üzünü doğradı

07.06.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gədəbəydə qayın gəlinin üzünə kəsici alətlə xəsarət yetirib.

Globalinfo.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Əminə Tağıyeva üz nahiyəsindən kəsici alətlə bir neçə xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olduğundan Bakıya göndərilib.

İlkin ehtimala görə, hadisəni qadının qaynı törədib.

Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 70 yaşlı Fəadil İsmayılov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və müvafiq araşdırmadan sonra məsələyə hüquqi qiymət veriləcək

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью