Gədəbəydə kişi evinin həyətində ölü TAPILDI

06.12.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Gədəbəydə kişi yaşadığı evin həyətində ölü tapılıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Qasımov Nazim Abbas oğlunun meyiti yaşadığı evin həyətində aşkarlanıb. İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib. Mərhumun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью