Gədəbəydə maşın aşıb

12.04.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Gədəbəydə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonunun Şınıx kəndində qeydə alınıb.

2003-cü il təvəllüdlü Yadigar Qarayev idarə etməni itirib və nəticədə avtomobil aşıb.

Hadisə nəticəsində Y. Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır (Bizim.Media).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью