Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol üzərində olan körpüdə bir neçə metr aşaraq dərəyə düşüb.
Qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.