Gədəbəydə müəllim rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını iddia edir | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. Gədəbəy Uşaq İncəsənət Məktəbinin müəllimi Əfsanə Məmmədzadə rəhbərlik tərəfindən psixoloji tə
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə bununla bağlı video müraciət paylaşıb.
Müəllimin iddiasına görə, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədova rüşvət vermədiyi üçün dəfələrlə işdən çıxarılmaqla hədələnib, qeyri-etik davranışlarla qarşılaşıb: "Artıq 3 ildir ki, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədov tərəfindən psixoloji təzyiqlərə, əsassız ittiham və böhtanlara məruz qalıram.
Rüşvət ödəmədiyim üçün dəfələrlə işdən çıxarılmaqla hədələnir və qeyri-etik davranışlarla qarşılaşıram.
Bu məsələ ilə bağlı dəfələrlə Mədəniyyət Nazirliyi və digər hüquq-mühafizə orqanlarına müraciət etsəm də, nəticəsiz qalıb.
Hər kəsə məlum olan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində məsələ ört-basdır edilir. Bununla bağlı sübutlarım da var".
Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı mövqeyi isə fərqlidir.
Qurumdan bildirilib ki, müəllimin müraciəti araşdırılıb: "Əfsanə Məmmədzadə tərəfindən edilən müraciətə aidiyyəti üzrə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində baxılıb.
Tam oxu
Xəbəri oxu