Gədəbəydə şəhidlər ziyarət olundu

12.11.2026

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

12.11.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon Təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs nümayəndəsi, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz RF-nın baş mütəxəssisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşı, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən Şəhidlərimiz - Gədəbəy rayonunun İnəkboğan kənd sakini Allahverdiyev Turxan Rəsul oğlunun və Qarıkənd kənd sakini Həsənov Etibar Ələddin oğlu ildönümləri münasibətilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью