Gədəbəydə sərxoş kişi yıxılaraq öldü

21.03.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Gədəbəydə bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.

Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью