Gədəbəydə UAZ dərəyə aşıb, ölən var

14.05.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, qəza rayonun Slaviyanka kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan UAZ markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə 1985-ci il təvəllüdlü sürücü A. İsmayılov hadisə yerindən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью