525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sentyabrın 18-də Gədəbəydə Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə 525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar sentyabrın 8-15-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.