Gədəbəydə YAPın yaranmağının 32ci ildönümü qeyd olunmuşdur

19.11.2024

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 32-ci ildönümü YAP Gədəbəy rayon təşkilatı ərazi partiya təşkilatlarında qeyd olunmağı silsilə tədbirlər olaraq davam etdirilir.

19.11.2024-cü il tarixdə YAP Gədəbəy rayon təşkilatı Alnabat, Çalburun, Çanaqçı, Dəyirmandağ və Kiçik Qaramurad ərazi partiya təşkilatlarında YAP-ın yaranmağının 32-ci ildönümü qeyd olunmuşdur.

Təşkilat sədrləri dünənin, bu günün və sabahın partiyası olan YAP-ın yaranması,onun keçdiyi keçməkeşli və nurlu yollardan, bugünkü müasir, qüdrətli və qalib Azərbaycanın çiçəklənməsində YAP-ın misilsiz xidmətlərindən tədbir iştirakçılarına geniş məlumat verdilər.

Çıxış edən natiqlər öz çıxışlarında Ulu öndər Heydər Əliyevin siyasi varisi, Müzəffər Ali Baş Komandan ,möhtərəm Cənab Preziden İlham Əliyevin sədrliyi ilə YAP-ın daha da qüdrətlənməsinə inamlarını vurğuladılar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью