Gədəbəydə YAPın yaranmağının 32ci ildönümü qeyd olunmuşdur

21.11.2024

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 32-ci ildönümü YAP Gədəbəy rayon təşkilatı ərazi partiya təşkilatlarında silsilə tədbirlər olaraq davam etdirilir.

YAP Gədəbəy rayon təşkilatı Parakənd, Qoşabulaq, Samanlıq, Xarxar və Zəhmətkənd ərazi partiya təşkilatlarında YAP-ın yaranmağının 32-ci ildönümü qeyd olunmuşdur.

Təşkilat sədrləri dünənin, bu günün və sabahın partiyası olan YAP-ın yaranması, onun keçdiyi keçməkeşli və nurlu yollardan, bu günkü müasir, qüdrətli və qalib Azərbaycanın çiçəklənməsində YAP-ın misilsiz xidmətlərindən tədbir iştirakçılarına geniş məlumat verdilər. 

Çıxış edən natiqlər öz çıxışlarında Ulu öndər Heydər Əliyevin siyasi varisi, Müzəffər Ali Baş Komandan, möhtərəm Cənab Preziden İlham Əliyevin sədrliyi ilə YAP-ın daha da qüdrətlənməsinə inamlarını vurğuladılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью