Gədəbəydəki qəzada ölənlər var

30.08.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Gədəbəy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Reyting.az
APA-ya istinadla bildirir ki, rayon ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza nəticəsində rayonun Maarif kənd sakinləri 1981-ci il təvəllüdlü R. Bağırova və 2022-ci il təvəllüdlü U. Həsənov dünyasını dəyişib, "VAZ-2104"ün sürücü 1981-ci il təvəllüdlü R. Həsənəliyev və “NİVA”nın sürücüsü 2006-cı il təvəllüdlü R. Şirinov isə xəsarət alıblar.
Xəsarət alanlardan R. Həsənəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью