Gədəbəyə güclü yağış yağıb, dolu düşüb

10.06.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gədəbəy rayonunda güclü yağış yağıb, dolu düşüb.
Demokrat.az-ın məlumatına görə, yağıntı və dolu təxminən saat 21:00 radələrində başlayıb.
Dolu rayonun Gərgər və Arıqdam kəndlərində, eləcə də Gədəbəy şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, təbiət hadisəsi nəticəsində ən çox ziyan Gərgər kəndinə dəyib.
Belə ki, dolu təsərrüfatlara, xüsusilə kartof əkini sahələrinə ciddi zərər vurub. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir. (report)
Demokrat.az
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью