Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş olan Əli və Xədicə Əlimirzəyevlər də həlak olublar.
“Qafqazinfo”nun məlumatına görə, Sudurobada tək yaşayan bacı-qardaş valideynlərini illər öncə itiriblər.
22 yaşlı Əli və ondan 3 yaş kiçik Xədicənin qohumları deyir ki, onlar xaricə gedərkən heç kimə bildirməyiblər, ölüm xəbərləri yayılanda məlumatları olub: “Uşaqların burada, evdə olduğunu bilirdik.
Gedəcəklərini heç kimə deməyiblər. Kim bilirdi ki, onlar özbaşına çıxıb gedəcəklər?
” Bacı və qardaşın təsərrüfatla, müxtəlif əl işləri hazırlamaqla dolandıqları bildirilir. Onlar Qusar rayonunda dəfn ediləcək.
Daha ətraflı “Xəzər TV”nin hazırladığı süjetdə: Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.