“Gedib kiminsə soyuducusunu, qazanını yoxlayırlar?” Sahibə Qafarovadan SƏRT ÇIXIŞ Yeni Gün…
Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Deputat Səyyad Salahlı Milli Məclisdəki büdcə zərfinin müzakirəsi zamanı ölkədəki inkişafdan danışıb.
O qeyd edib ki, inkişafımız hamımızın gözü qarşısındadır: “Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bu bizim şəhərimizdir?
Bizim burada söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxarmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər ki, səhvlərimiz olmasın”.
Səyyad Salahlı ardınca detallara toxunub: “Xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 şagird təhsil alır.
Məktəbin cəmi 28 otağı, amma 56 sinfi var. Yeni korpus tikilməlidir.
Burda o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər.
Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur.
Tam oxu
Xəbəri oxu