Gedson Fernandeş Spartak yolunda: Beşiktaş ın qazancı bəlli oldu

28.07.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Beşiktaş"da daha bir ayrılıq baş tutacaq.

Apasport.az xəbər verir ki, Gedson Fernandeş komandanı tərk edəcək.

Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.

Onun sözlərinə görə, futbolçu karyerasını "Spartak"da davam etdirəcək.

Moskva təmsilçisi transfer üçün "Beşiktaş"a 20+5 milyon avro ödəyəcək. "Qırmızı-ağlar"ın 26 yaşlı mərkəz yarımmüdafiəçisinə 4 illik müqavilə təklif etdiyi bildirilir. Fernandeşin maaşı ildə 3,5 milyon avro olacaq.

Qeyd edək ki, Gedson ötən mövsüm 34 oyunda 7 qolla yadda qalıb.

"Real Madrid" Rodriqonun transfer qiymətini açıqlayıb Müllerin yeni komandası bəlli olub Yaponiya millisinin üzvü Bundesliqa klubunda Yunus Akgün İtaliya çempionunun hədəfində Emerson rəsmən “Flamenqo”da
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью