Gedson Fernandeşin əvəzinə o gəlir

30.07.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Transfer çalışmalarını davam etdirən "Beşiktaş" orta xətt üçün sürpriz bir addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, klub komandanın əsas oyunçularından Gedson Fernandeş ilə yollarını ayırdığından onun yerinə "Vest Ham" forması geyinən Quido Rodriqezi heyətinə qatmağa hazırlaşır.

Bu barədə məlumatı "Sabah" yayıb.

Quido Rodriqez fiziki gücü, topqapma qabiliyyəti və oyun oxuma bacarığı ilə tanınır.

Qeyd edək ki, Argentina millisinin heyətində də çıxış edən təcrübəli yarımmüdafiəçi, əsasən müdafiə yönümlü rolda təsirli performans sərgiləyir.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью