“Geely” Avropada satış rekorduna imza atıb Bir ayda 10 mindən çox avtomobil satılıb

14.10.2026

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinin aparıcı avtomobil istehsalçılarından olan “Geely Auto Group” Avropa bazarında yeni satış rekorduna nail olub.

Marja.az xəbər verir ki, şirkətin açıqlamasına əsasən, 2026-cı ilin sentyabr ayında “Geely”, “Lynk & Co” və “Zeekr” markalarının Avropa üzrə ümumi satışları ilk dəfə 10 min avtomobili ötüb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu göstərici “Geely Auto Group”un Avropa bazarındakı fəaliyyəti üçün yeni rekord hesab olunur.

Şirkət bildirib ki, üç fərqli avtomobil markası vahid strategiya çərçivəsində müştərilərə daha qabaqcıl texnologiyalar və yüksək keyfiyyətli istifadə təcrübəsi təqdim etməyi hədəfləyir.

“Geely Auto Group” əldə olunan nəticəni Avropada müştəri etimadının möhkəmləndirilməsi və şirkətin bazardakı mövqeyinin gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirib.

Qeyd edək ki, açıqlamada hər üç markanın ayrı-ayrılıqda satış göstəriciləri, həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə artım tempi barədə məlumat verilməyib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью