Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Bir neçə gün öncə Masazırda qırmızı işıqda keçib insident törədən sürücü Ş.Həmzəyev 15 sutka həbs edilib.
Axar.az Patrul.az-a istinadla xəbər verir ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mersedes Gelandevagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırmalarla “Mersedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.