“Gelandewagen”in daha bir rekordu

19.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Ötən il “Mercedes”in G sinif modellərinin satışında rekord qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hesabat dövründə dünyada 49 700 ədəd təzə “Gelandewagen” satılıb. Bu da modelin tarixində rekord hesab edilir.

Avtomobilin əsas müştəriləri Yaxın Şərq ölkələridir. Rusiyada maşına ciddi maraq olsa da, sanksiyalara görə Almaniyadan birbaşa gətirmək mümkün deyil. Üçüncü ölkələr vasitəsi ilə federasiyaya kifayət qədər “Gelandewagen” gətirilir.

Vüqar

Oxunub 28

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью