Gəldiyi sürətlə dairəyə girən sürücü qəza törətdi VİDEO

05.06.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə mayın 30-da, paytaxtın Sadıqcan küçəsi ilə Səməd bəy Mehmandarov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 10-KD-012 qeydiyyat nişanlı "Mercedes S Class" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olan zaman qaydaları pozub. O, üstünlüyə malik olan 90-FD-228 qeydiyyat nişanlı "Mercedes C Class" markalı avtomobilin sürücüsünə yol verməyərək qəzaya səbəb olub. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin XV hissəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью