Gəldiyi sürətlə magistral yola çıxan sürücü qəza şəraiti yaratdı VİDEO | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı-Sumqayıt yolunda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 8-də qeydə alınıb.
Belə ki, 77-XV-149 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü Bakı-Sumqayıt yoluna çıxan zaman güzgüyə baxmadan manevr edib.
Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona təhlükəli anlar yaşadıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
Fərid Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu