Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kulis.az Aqşin Yeniseyin "Güc, mənəviyyat və dövlət" yazısını təqdim edir.
2000-ci illərdə təzə-təzə Amerikaya gedib-gələnlər burada danışırdılar ki, amerikalılar Drayzeri tanımır və bunu Qərbin müsbət keyfiyyəti kimi sırıyırdılar.
Drayzer kim idi? Amerika cəmiyyətinin mənəviyyata zidd dəyərlər üzərində formalaşdığını ifşa edən bilgi çağının yazıçısı.
Dinlərə qədim Şərqin sosiologiya institutları kimi baxmamaqdır cahillik.
Hələ qədim Şərqin mistik sosioloqları kəşf etmişdilər ki, mənəvi zənginlik bilgi deyil, iradə məsələsidir.
İradə isə ilk imtahanı nəfsdən verməlidir. Nəfsdən imtahan verməyən iradə sahibini bilgi ya sırtıq vəhşiyə, ya müti köləyə çevirəcəkdi.
Drayzerin əsərləri doluydu bilgi çağının sırtıq vəhşiyə və müti köləyə çevirdiyi amerikalılarla.