Modern.az saytına istinadən Icma.az xəbər verir.
NVIDIA şirkətinin rəhbəri Jensen Huang diqqətçəkən açıqlama verib.
Modern.az xəbər verir ki, o, süni intellekt dövründə hansı peşələrin daha çox tələb olunacağı barədə danışıb və süni intellektin artıq indidən müəyyən sahələrə üzrə yüksək tələbat yaratdığını bildirib.
Onun sözlərinə görə, süni intellekt artıq aşağıdakılara yüksək tələbat yaradır:
- santexniklər
- elektrik ustası
- tikinti işçiləri
Məlumat mərkəzlərinin kütləvi şəkildə tikintisi bu sahələrdə çalışan mütəxəssislərə altı rəqəmli maaş almağa imkan verəcək. Onun sözlərinə görə, süni intellekt infrastruktura trilyonlarla investisiya tələb edəcək və yaxşı gəlir əldə etmək üçün mütləq ali texniki təhsil tələb etmir.
“Süni intellekt o qədər çox iş yerini sıradan çıxaracaq ki, kütləvi immiqrasiyaya olan ehtiyac aradan qalxacaq. İş yerləri ölkənizin vətəndaşları üçün artıqlaması ilə kifayət edəcək, xüsusən də peşə hazırlığı olan insanlar üçün".