“Gələcəkdə süni intellekt özünü idarə edəcək” Mask

22.10.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Amerikalı milyarder “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Mask gələcəkdə hətta varlı şəxslərin belə süni intellektə nəzarət edə bilməyəcəyini iddia edib.
Yeniavaz.com
ABŞ mətbuatına istinadla xəbər verir ki, Mask amerikalı yazıçı Valter İsaaksonla müsahibəsində süni intellektin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Mask gələcəkdə pulun əhəmiyyətini itirəcəyini iddia edərək bildirib:
“Varlı insanlar da nəticədə süni intellektə nəzarət edə bilməyəcəklər. Məncə, süni intellekt özünü idarə edəcək”.
O, həmçinin gələcəkdə insanların işləmədən də müxtəlif hobbilərlə məşğul olaraq xoşbəxt ola biləcəklərini qeyd edib.
Maskın sözlərinə görə, süni intellekt və robotlar gələcəkdə insanların bacardığı hər şeyi onlardan daha yaxşı yerinə yetirə biləcəklər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью