Gələcəkdən və internetdən bizə xəbər verən film Sehrli xalat”ın 60 yaşı oldu /FOTO | Icma.…
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır. “Sehrli xalat” kinomuzda ilk fantastika filmlərindəndir.
Ekranlara çıxdığı birinci il ərzində «Sehrli xalat»a SSRİ ərazisində 10 milyon baxiş toplamişdir.
Bundan böyük nəticəyə cəmi 20 Azərbaycan filmi nail olub. Həmin müddət ərzində filmi respublikamızda 250 min tamaşaçı seyr etmişdi.
Filmin müəllifi Azərbaycanın görkəmli kino ustası Əlisəttar Atakişiyevdir.
O, istedadlı rejissor olmaqla «Arşın mal alan», «O olmasın, bu osun», «Uzaq sahillərdə» kimi kinofilmlərin quruluşçu operatoru, filmlərinin bir çoxunun ssenari müəllifi və geyim rəssamı olmuşdur.
1963-1964-cü illərdə çəkilmiş “Sehri xalat”filmində təsvir olunan və o zaman tamaşaçılar tərəfindən möcüzə kimi qəbul edilən qeyri-adi “hoqqalar” onilliklər ərzində biri birinin ardınca elmin və texnikanın nailiyyətləri şəklində reallığa çevrilirdi.
Aya səyahət, videomaqnitofon, videokamera, planşet, dronlar, hətta interaktiv muzey filmdəki öncədəngörmə nümunələridir.
Əlisəttar Atakişiyev filmdə gözəl aktyor ansamblı toplaya bilmişdi.
Tam oxu
Xəbəri oxu