Gələcəyə çağırış ŞƏRH | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi.
10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən Kəlbəcər 15 noyabr, Ağdam 20 noyabr və Laçın 1 dekabr tarixlərində boşaldılmalı idi.
Lakin ermənilər Kəlbəcərin boşaldılmasında vaxt məhdudiyyətini önə çəkərək Azərbaycandan əlavə 10 gün vaxt istədi.
Ölkəmiz yenə də humanizm siyasətini nümayiş etdirərək vaxtı 10 gün uzatdı.
Beləliklə, noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.
Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Son dörd ilin qürurverici hadisələrindən biri budur ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik.
Tam oxu
Xəbəri oxu