Gələcəyə hesablanmış qərar ŞƏRH | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dili statusunu qazanması, gündəlik həyatda, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi Ulu Öndər Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsi olmuşdur.
Məhz ana dili məsələsində Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdir.
O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermis üç keçmiş sovet respublikasından biri Azərbaycan idi.
Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin və siyasi qətiyyətinin parlaq ifadəsi idi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni belə redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı.
Tam oxu
Xəbəri oxu