Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İnsan təzyiq altında olanda daha sürətli qərarlar verir və hərəkətə keçir.
Bu tendensiya son illərdə elm və təhsil sahəsində də müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bu fikri Bakı Enerji Forumu çərçivəsində gələcəyi proqnozlaşdırmaq qabiliyyəti ilə seçilən qlobal biznes mütəxəssisi Kyel Anders Nordström səsləndirib.
"İstənilən ölkəyə getsəniz, görəcəksiniz ki, insanlar hərəkətdədirlər, axın var.
Əhali şəhərlərə köçür və urbanizasiya tarixi rekordunu yaşayır. Cəmi bir əsr əvvəl dünya əhalisinin cəmi 10 faizi şəhərlərdə yaşayırdı.
2006-cı ildə bu rəqəm 50 faizə çatdı. Qarşıdakı 10-15 ildə isə dünya əhalisinin 80-85 faizi şəhərlərdə yaşayacaq", - deyə o əlavə edib.
Onun sözlərinə görə, gələcəkdə dünyanın iqtisadi yükünü cəmi 600 şəhər daşıyacaq: "Söhbət İstanbul, Vaşinqton kimi şəhərlərdən gedir.