Gələcəyin əsas ümid yeri: Ölkəyə əlavə gəlirlər gələcək | Icma.az
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır. Neft istehsalımız getdikcə azalır.
Buna mütənasib olaraq neft gəlirlərində də azalma müşahidə edilir. Bunun müqabilində qaz istehsalı və ixracı artır.
Maraqlıdır, neft satışından itirilən gəlirlərin bir hissəsini qaz satışından əldə etmək mümkündürmü?
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) blokundan 10.2 milyard kubmetr qaz hasil edilib.
Energetika Nazirliyinin açıqladığı məlumatlarda qeyd edilir ki, 2024-cü ilin ilk doqquz ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0.4 milyard kubmetr və ya 4.1% çoxdur.
Məlumata görə, bu ilin doqquz ayında Azərbaycanda 38.2 milyard kubmetr təbii qaz hasil edilib.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.1 milyard kubmetr və ya 2.96% çoxdur.
Eyni zamanda, bu ilin ilk doqquz ayı ərzində "Şahdəniz" yatağından 20.9 milyard kubmetr qaz hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.4 milyard və ya 1.95% çoxdur.
Tam oxu
Xəbəri oxu