Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən “Rəssam-modelyerlər” studiyası tərəfindən Alexander McQueenin həyat və yaradıcılığına həsr olunmuş sərgi-tədbir təşkil olunub.
Gununsesi.info xəbər verir ki, studiyanın rəhbəri Əzimova Nigar mövzu haqqında ətraflı məlumat verdikdən sonra gənc modelyerlər defile ilə çıxış etmiş, daha sonra isə hazırladıqları eskizlər əsasında təqdimatlar etmişlər.
Mərkəzin direktoru Elza Orucova gənc istedadlara öz arzu və tövsiyələrini çatdırmış, şagirdləri sertifikatlarla təltif etmişdir ?
Tədbirdə qonaq qismində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi, “Geyim dizaynı” fakültəsinin tələbəsi Əhmədzadə Nəzrin iştirak etmişdir. O, çıxışında gənclərə motivasiya verərək onların düzgün istiqamətdə olduqlarını vurğulamış və uğurlar arzulamışdır.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin tanınmış modelyerlərin həyat və yaradıcılığı ilə daha yaxından tanış olması, həmçinin gələcəkdə moda sahəsində öz yaradıcılıq istiqamətlərini formalaşdırmalarına dəstək olmaqdır.