Gələn ay bu tarixlərdə iş olmayacaq TƏQVİM

03.05.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn ay Azərbaycanda bayramlarla əlaqədar 4 qeyri-iş günü olacaq.

Metbuat.az xəbər verir ki, təqvimə əsasən, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar 6,7,8 və 9 iyunda iş olmayacaq.

Bundan başqa, 15 iyun bazar gününə təsadüf etdiyinə görə 16 iyun da qeyri-iş günü olacaq.

Zaur Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью