“Gələn aydan DOGE da daha az aktiv olacağam” − Mask

23.04.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Gələn aydan etibarən nəzarət etdiyim Hökumətin Effektivliyi Departamentində (DOGE) iştirakımı azaldacağam”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İlon Mask öz şirkətinin investorları qarşısında çıxışı zamanı danışıb.
“Yəqin ki, gələn aydan - may ayından - mənim DOGE-ə ayırdığım vaxt əhəmiyyətli dərəcədə azalacaq. Gələn aydan mən vaxtımın xeyli hissəsini elektromobil şirkəti “Tesla”da keçirəcəyəm”, - o deyib.
Mask əlavə edib ki, o, ABŞ Prezidenti Donald Trampa faydalı və lazım olduğu müddətcə həftənin bir və ya iki gününü dövlət işlərinə həsr etməyə davam edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью