Gələn aydan veteran pulu ARTIRILA BİLƏR

08.02.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Müavinət və təqaüdlərdə yaxın zamanlarda artım müşahidə olunacaq”.

Modern.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov ATV kanalında yayımlanan “Xəbərin Olsun” verilişində deyib.

V.Bayramov bildirib ki, növbəti ayın ikinci yarısından Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. Bununla da, müavinət və təqaüdlərdə artım olacaq.

Vüqar Bayramovun sözlərinə görə, artımlara müxtəlif növ müavinətlər, o cümlədən “veteran pulu” adlandırılan 80 manat da daxil olacaq.

Ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью