“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”

09.11.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Merilendə uçuşundan əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, gələn həftə Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Zirvəsi (APEC) çərçivəsində Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə bir araya gələ biləcəyini bildirib.

Liderlərlə mümkün görüşlərin gündəmində qlobal təhlükəsizliyin əsas problemlərinin dayandığını qeyd edən Tramp müzakirə olunacaq mövzulara toxunub. O, qarşıdakı görüşlərin “olduqca maraqlı” keçəcəyini vurğulayaraq, xüsusilə nüvə silahsızlanması və Yaxın Şərqdə, o cümlədən İranda müharibənin dayandırılması məsələlərinin masada olacağını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью