Gələn həftədən Suriyaya beynəlxalq uçuşlar bərpa edilir AZƏRTAC

05.01.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın 7-dən etibarən Dəməşq aeroportuna beynəlxalq uçuşlar bərpa ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya Agentliyindən rəsmi Sana agentliyinə bildirilib. Qeyd edilib ki, Dəməşq və Hələb aeroportlarında beynəlxalq reysləri qəbul etmək üçün müvafiq şərait yaradılıb. Hazırda hər 2 aeroport yalnız daxili reysləri və humanitar yük gətirən hava gəmilərini qəbul edərək yola salır. Artıq bir neçə xarici aviaşirkət uçuşların bərpası üçün müraciət edib.

Qeyd edək ki, ölkədaxili münaqişəyə görə təxminən 12 ildir Suriyaya beynəlxalq uçuşlar dayandırılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью