“Gələn həftənin çərşənbə axşamı əməliyyat olunacam” İsaya nə olub?

10.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Futzal üzrə ölkə çempionatında mübarizə aparan “Neftçi” İK-nın hücumçusu İsa Atayev komandasının dekabrın 7-də “Şuşa”ya qalib gəldiyi oyunda (4:0) görünmədi.
Yoxluğunun səbəbini öyrənmək üçün səbəbkarla əlaqə saxladıq:

“Noyabrın 30-da keçirilən “Baku Fire” ilə oyunda zədələndim. Ön çarpaz bağ qopub. Gələn həftənin çərşənbə axşamı əməliyyat olunacam. Milliyə müvafiq sənədləri vermişdim”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью