Gələn il 62 rayon büdcədən dotasiya almayacaq

30.12.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ildə respublikanın şəhər və rayonlarından 62-si Laçın və Zəngilan
rayonları əlavə olunmaqla xərclərini dövlət büdcəsindən maliyyə yardımı - dotasiya
almadan öz gəlirləri hesabına təmin edəcəklər.

Teleqraf.com Maliyyə Nazirliyi tərəfindən 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”nə istinadən xəbər verir ki, qalan 5 rayona isə yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 5,3 milyon manat maliyyə yardımının ayrılması nəzərdə tutulur.

Bu, 2024-cü illə müqayisədə 4,3 milyon manat və ya 44,8 faiz azdır.

Beləliklə, Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək. Həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır.

Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün 2025-ci ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью