Gələn il azad edilmiş ərazilərdə daha 5 avtomat meteoroloji stansiya quraşdırılacaq

10.12.2024

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

"2025-ci ildə 5 ədəd olmaqla, o cümlədən Xankəndi şəhəri və Ağdərə rayonlarında avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur.".

APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ETSN-in şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji, eləcə də bu ərazilərdə hidrometeoroloji vəziyyətin öyrənilməsi üçün 5 avtomat meteoroloji stansiya quraşdırılaraq isifadəyə verilib:

"Həmçinin Xankəndi şəhəri ərazisində 1 dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində 1 dəst və Xocalı şəhəri yaxınlığında 1 dəst olmaqla, 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью