Gələn il Azərbaycanda dollar bahalaşmayacaq

12.11.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bunu maliyyə nazirinin müavini Himalay Məmişov deyib. O bildirib ki, həmin müddət ərzində dövlət büdcəsinin gəlirlərində 12 milyard manat və ya 45,3 faiz, o cümlədən qeyri-neft gəlirlərində 7,2 milyard manat və ya 55,9 faiz, dövlət büdcəsinin xərclərində isə 14 milyard manat və ya 51 faiz artıma nail olunub. Nazir müavini vurğulayıb ki, qeyri-neft gəlirlərinin orta illik artım tempi neft gəlirlərinin orta illik artım tempini 7,8 faiz bəndi üstələyib.
“Bildirmək istərdim ki, növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ümumi daxili məhsulun 2,9 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 5,0 faizlik real artımı əsas kimi götürülüb”, - deyə H.Məmişov əlavə edib.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью