Gələn il Bakıda keçiriləcək gimnastika üzrə ilk beynəlxalq yarış bəlli olub AZƏRTAC

27.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası 2025-ci ilin fevral ayında beynəlxalq yarışlar mövsümünə start verəcək.

Federasiyadan AZƏRTAC- verilən məlumata görə, ölkəmizdə təşkil ediləcək ilk yarış fevralın 22-23-də batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku olacaq.

Milli Gimnastika Arenasında keçiriləcək yarışda 26 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью