Gələn il bu məktəblərin müəllimləri attestasiyadan keçəcəklər

06.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İlk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələri üzrə ilin sonunadək fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью