Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Təbii ki, Neft Fondundan ödəmələrlə bağlı nəsə dəyişməsi az ehtimal olunandır. Amma neft-qaz layihələri üzrə şirkətlərin vergiləri onların mənfəətinə bağlıdır”.
Bakupost.az xəbər verir ki, bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, bu göstərici neftin 1 barelinin orta ixrac qiyməti $65-dən yuxarı olsa, ödəmələr də da artıq olacaq, yox əgər az olsa, onda büdcəyə daha az vəsait gələcək:
“Amma fikir versəniz, 38 mlrd manatdan çox büdcə gəlirində neft-qaz şirkətlərinin ödəmələri artıq həlledici əhəmiyyət kəsb edən gəlir rolunu oynamır”.
Yasəmən,
BakuPost