Gələn il büdcədən keçmiş məcburi köçkünlərə 311 milyon manat ayrılacaq

19.11.2024

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda gələn il dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bunu maliyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, bunun 280 milyon manatı keçmiş məcburi köçkünlərin və yaxud onlara bərabər tututlan şəxslərin aylıq müavinələrinə, 31 milyon manatı isə komunal xidmətlərə yönəldiləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью