Gələn il büdcədən keçmiş məcburi köçkünlərə 311 milyon manat ayrılacaq NAZİR

19.11.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

"Gələn il büdcədən keçmiş məcburi köçkünlərə 311 milyon manat ayrılacaq" - NAZİR

Azərbaycanda gələn il dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Sonxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, bunun 280 milyon manatı keçmiş məcburi köçkünlərin və yaxud onlara bərabər tututlan şəxslərin aylıq müavinələrinə, 31 milyon manatı isə komunal xidmətlərə yönəldiləcək.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью